[email protected]
Tikinti Texnikasının Satış Meneceri

(Traktor, ekskavator və digər ağır texnikaların satışı üzrə)

Vəzifənin məqsədi:
Şirkətin təklif etdiyi tikinti və xüsusi texnikanın satışını artırmaq, müştəri bazasını genişləndirmək və satış prosesinin bütün mərhələlərində yüksək keyfiyyətli xidmət təmin etmək.

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti texnikasının (traktor, ekskavator və s.) birbaşa satışı ilə məşğul olmaq
  • Potensial müştərilərin identifikasiyası, əlaqə qurulması və görüşlərin təşkili
  • Müştərilərlə texnikanın texniki imkanları, istifadə sahələri və fərqləndirici xüsusiyyətləri üzrə məsləhətləşmələr aparmaq
  • Satış prosesinin bütün mərhələlərinə (sorğudan müqaviləyə qədər) peşəkar dəstək və nəzarət
  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və onların ehtiyaclarını vaxtında müəyyənləşdirmək
  • Satış müqavilələrinin hazırlanması, şərtlərin razılaşdırılması və yerinə yetirilməsinə nəzarət
  • Sahə ziyarətləri edərək texnikanın müştəriyə uyğunluğunu yerində qiymətləndirmək
  • Satış sonrası dəstək komandası ilə əlaqəli şəkildə işləmək
  • Şirkəti sərgilər, təqdimatlar və digər satış yönümlü tədbirlərdə təmsil etmək

Namizədə tələblər:

  • Tikinti və ya xüsusi texnikaların satışı sahəsində minimum 2 il təcrübə
  • Texnikaya maraq və texniki anlayış, məhsul xüsusiyyətlərini izah edə biləcək səviyyədə
  • Aktiv satış bacarığı və nəticə əldə etməyə yönəlmiş yanaşma
  • Güclü ünsiyyət və inandırma bacarığı, satış dialoqlarını effektiv idarə edə bilmək
  • Danışıqlar aparmaqmüqavilə şərtlərini müzakirə etmək bacarığı
  • MS Office və 1C proqramlarında işləmə bacarığı
  • Ali təhsil (texniki və ya kommersiya yönümlü sahələrə üstünlük verilir)

İş şərtləri:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00
  • Əmək haqqı müzakirəyə açıqdır. Satış nəticələrinə əsaslanan bonus sistemi mövcuddur 
  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi

Müraciət üçün CV-nizi [email protected] emailinə göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.