[email protected]
Şirkət rəhbərinin müraciəti

HRcell şirkəti Azərbaycanda insan resursları sahəsinə yeni nəfəs gətirmək məqsədi ilə yaradılmışdır.

Ölkədə kadr potensialını inkişaf etdirmək və şirkətlərə dəstək olmaq üçün uzun məsafələr qət etməyə hazır olduğumuzu düşünürük. Bunun üçün də fəaliyyət sahəmizin ən yaxşı mütəxəssislərini şirkətimizə cəlb etmişik. Şirkətin fəaliyyəti dövründə də insan kapitalına olan yatırımlarımızı davam etdirməyi hədəfləyirik.

Yaratdığımız marka əmək bazarında yeni imkanlar kəşf etmək istəyən müxtəlif kateqoriyalı insanlar üçün yeni bir başlanğıcdır. Bu başlanğıcın əsasını peşəkarlıq, yeniliklər və qarşılıqlı anlaşmalar təşkil edir.

Biz inanırıq ki, həm indi, həm də gələcəkdə əməkdaşlıq edəcəyimiz şirkətlər və ya fərdi şəxslər əmək bazarında marka dəyərimizi möhkəmləndirməkdə böyük rol oynayacaqlar.

Bu yolda bizə sadəcə əzmlə çalışmaq və daim axtarışda olmaq qalır.

Hörmətlə, Ağahüseyn Əliyev

HRcell şirkətinin rəhbəri

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.