[email protected]
Tikinti üzrə iş icraçısı

Tikinti üzrə iş icraçısı

Tələblər:

  • Bakalavr təhsil (Sənaye və mülki tikinti)
  • Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə minimum 3 il təcrübə 
  • Komputer bilikləri: Autocad, Microsoft Office
  • Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni bilmək;
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilmək;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
  • Regionlara ezamiyyətə getmək imkanı;

 Vəzifə öhdəlikləri:

  • Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək
  • İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirmək
  • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq
  • Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək
  • Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət
  • Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin etmək
  • Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasının təşkili
  • Təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək
  • İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmək

İş şəraiti:

  • Həftə içi 6 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əmək haqqı:   1000 – 1200 AZN

Müraciət üçün CV-nizi [email protected] emailinə göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.