Vakansiyanın məqsədi:
Şirkətin fəaliyyət sahəsinə uyğun elan olunan dövlət və özəl tenderlərin müəyyən olunması, sənədləşmə proseslərinin dəqiqliklə icra olunması və tender proseslərinin effektiv şəkildə idarə olunması.
Tələblər:
- Təhsil: Ali təhsil (iqtisadiyyat, hüquq, idarəetmə və ya əlaqəli sahələr üzrə üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (həm dövlət, həm xarici tenderlərdə);
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst, ingilis dili – ən azı orta səviyyədə;
- Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Elektron portallar: Elektron hökumət portalı ilə sərbəst işləmə bacarığı;
- Təhlil və araşdırma: Bazar araşdırması aparmaq, sənədləri təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Müvafiq dövlət və özəl tender elanlarının mütəmadi izlənilməsi və qiymətləndirilməsi;
- Tenderin Əsas Şərtlər Toplusunun (ƏŞT) təhlili və iştirak üçün ilkin uyğunluq dəyərləndirilməsinin aparılması;
- Tələb olunan sənədlərin və məlumatların müvafiq şöbələrdən vaxtında toplanması və formalaşdırılması;
- Struktur bölmələrlə koordinasiyanın təmin olunması və tender sənədlərinin tam və düzgün hazırlanması;
- Tender təşkilatçıları ilə yazışmaların aparılması və sorğuların vaxtında cavablandırılması;
- Təklif sənədlərinin hazırlanması və təqdim olunmasından sonra qiymətləndirmə mərhələsində təmasların davam etdirilməsi;
- Şirkətin tender proseslərində rəsmi təmsil olunması;
- Tenderlərin nəticələri üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00;
İş yeri: Qaradağ rayonu, Lokbatan dairəsi, Salyan şossesi
Əmək haqqı: 1000-1500 azn
Müraciət üçün CV-ni [email protected] emailinə göndərə bilərsiniz.