[email protected]
Tender üzrə Baş Mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparılması;
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədlərin və sertifikatların hazırlanması.

Tələblər:

  • Ali təhsil (Tikinti üzrə olması üstünlükdür);
  • Azərbaycan, İngilis və Rus dillərini bilmək;
  • Sənaye malları üzrə təchizat və tender sahəsində minimum 3 il iş təcrübəsi;
  • MS Office (Word, Excel, Power Point); 
  • Təhlil etmək və problem həll etmək bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;

İş qrafiki: Həftə içi 5 gün, 09:00-18:00 

Əmək haqqı: 2000 AZN 

Ünvan: Bakı şəh, Xətai rayonu 

Müraciət üçün CV-nizi, vakansiyanın adını qeyd etməklə, [email protected] email ünvanına göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.