[email protected]
SOC (Təhlükəsizlik Əməliyyat Mərkəzi) Mühəndisi

Kibertəhlükəsizlik əməliyyatlarını dizayn etmək, həyata keçirmək və idarə etmək üçün təcrübəli və yüksək ixtisaslı SOC (Təhlükəsizlik Əməliyyat Mərkəzi) Mühəndisi axtarırıq. İdeal namizəddən müasir SOC mühitini qurmaq və davamlılığını təmin etmək üçün texniki bacarıqlar, liderlik keyfiyyətləri və strateji baxış tələb olunur.
 
 Vəzifələr
- Şirkətin və müştərilərin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün ucdan-uca SOC arxitekturası hazırlanmasında iştirak etmək.
- SIEM, SOAR və EDR/XDR platformaları daxil olmaqla SOC alətlərinin dizaynı, tətbiqi və inteqrasiyasın həyata keçirmək.
- İnsidentlərin aşkarlanması, cavablandırılması və bərpa iş axınlarını müəyyən etmək.
- Zəruri kibertəhlükəsizlik qaydalarına uyğunluğu təmin etmək.
- Kibertəhlükəsizlik əməliyyatlarını biznes məqsədləri ilə uyğunlaşdırmaq üçün İT və idarəetmə komandaları ilə əməkdaşlıq etmək.
- SOC analitiklərinin və mühəndislərinin təlimlərinin təşkili və idarə etmək.
- Yeni kibertəhdidlər və texnologiyalar barədə məlumatlı olmaq.
 
Tələblər:
 
- Kompüter Elmləri, Kibertəhlükəsizlik, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi.

- CISSP, CISM, ISO 27001 Baş Auditor/İcraçı, CEH, OSCP,  CySA+, CASP+ kimi sertifikatlar.

- IBM Certified Analyst, IBM Certified Administrator, IBM Certified Deployment Professional, Palo Alto PCSAE  kimi vendor sertifikatları.

- Kibertəhlükəsizlik sahəsində 5-10 illik praktiki təcrübə.

- SOC mühitində (məsələn, Analitik, Mühəndis və ya Komanda Rəhbəri kimi) ən azı 3-5 illik təcrübə.

Texniki Bacarıqlar:
 
- SIEM alətləri (məsələn, Splunk, IBM QRadar, ArchSight, Azure Sentinel) üzrə bacarıqlar.
- Avtomatlaşdırma üçün SOAR platformaları üzrə biliklər (məsələn, Cortex XSOAR, IBM Resilient).
- MITRE ATT&CK, NIST, Kill Chain kimi kibertəhlükəsizlik çərçivələri ilə tanışlıq.
- Avtomatlaşdırma üçün Python, PowerShell və ya Bash üzrə proqramlaşdırma bacarıqları.
- AWS GuardDuty, Azure Security Center kimi bulud təhlükəsizlik alətləri ilə təcrübə.
 
Müraciət üçün CV-nizi, əmək haqqı gözləntinizi qeyd edərək, [email protected] emailinə göndərə bilərsiniz.

 


Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.