Smeta mühəndisi
Tələblər:
· Təhsil: İnşaat Mühəndisi ixtisası üzrə bakalavr təhsili
· Kompüter bilikləri: MS Office proqramları, AutoCAD
· Müvafiq sahədə minimum 4 il iş təcrübəsi
· Analitik düşüncə bacarığı;
· İşinə məsuliyyətli yanaşmalı
· Detallara diqqət yetirməyi bacarmalı
· Zəruri hallarda bölgələrə ezamiyyətə gedə bilmək
· Dam örtüyü sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
Vəzifə öhdəlikləri:
· Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi
· Memarlıq Layihəsi, Konstruktiv hesabat və Dizayn Layihəsi sənədlərinə uyğun ümumi tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və detallı smetaların hazırlanması
· Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
· Material sərfi, tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsi
· Layihəyə dair aylıq texniki hesabatların tərtib edilməsi (Forma 2, Forma 3, Xərc analizi) və hesabatlarla (Material, Texniki, Aktlar) işləməyi bacarmaq
· Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi
İş şəraiti:
· Həftə içi 6 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
· Nahar şirkət tərəfindən verilir,
· Korporativ nömrə (korporativ paket),
· Əmək haqqı: 1300-1500 AZN
· Ünvan: Dərnəgül şossesi
Müraciət üçün CV-nizi [email protected] emailinə göndərə bilərsiniz.