📌 Satış Üzrə Gənc Mütəxəssis (Junior Sales Specialist)
Əməkdaşlıq etdiyimiz tikinti şirkəti satış bacarıqları olan, dinamik və motivasiyalı gəncləri komandasında görmək istəyir!
Təhsili yeni başa vurmuş, satış təlimlərində və ya təcrübə proqramlarında iştirak etmiş, bu sahədə təcrübəsi az namizədlərə üstünlük verilir. Əgər müştəri yönümlü, inandırıcı və öyrənməyə açıq birisinizsə, bu fürsət sizin üçündür!
🔎 Gözləntilər:
Ali təhsil (İqtisadiyyat, Marketinq və ya uyğun ixtisaslarda);
Satış sahəsində təcrübə arzuolunandır, lakin zəruri deyil – əsas odur ki, satış bacarıqlarına malik olasınız;
Müştəri yönümlülük və güclü təqdimetmə bacarığı;
Səliqəli görünüş, düzgün nitq və inandırma bacarığı;
Komandada işləmək bacarığı və yüksək məsuliyyət;
Yeni biliklər əldə etməyə və özünü inkişaf etdirməyə həvəs.
🎯 Öhdəliklər:
Potensial müştərilərlə görüşlərin təşkili və effektiv danışıqlar aparılması;
Məhsul və xidmətlər barədə müştərilərin məlumatlandırılması;
Müştəri bazasının yaradılmasında və korporativ əlaqələrin qurulmasında iştirak;
Görüşlər və təkliflərlə bağlı hesabatların hazırlanması;
Müştərilərlə razılaşmaların izlənilməsi və koordinasiya edilməsi;
Şöbə rəhbərinin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi.
Əmək haqqı: 500 AZN + inkişaf vəd edən karyera perspektivi;
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00;
Nahar şirkət tərəfindən təmin edilir;
📍 İş yeri: Dərnəgül şossesi.
Əgər yuxarıda göstərilən xüsusiyyətlərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi göndərin və tikinti sahəsində satış karyeranıza başlayın!
👉 Müraciət üçün: [email protected]
Satış Üzrə Kiçik Mütəxəssis
- Bakı
- 2025-01-22 - 2025-03-28