Tabeçiliyi: Kommersiya direktoru / İcraçı direktor
Tabeliyində: Mağaza menecerləri, satış nümayəndələri, topdan satış mütəxəssisləri, anbar və logistika əməkdaşları
Vəzifənin məqsədi
Bakı şəhəri üzrə həm pərakəndə, həm də topdan satış kanallarında satış hədəflərinin yerinə yetirilməsini, bazar payının artırılmasını və satış komandasının səmərəli idarə edilməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
Ümumi idarəetmə
- Bakı regionu üzrə satış strategiyasını formalaşdırmaq və icrasına nəzarət etmək;
- Aylıq və illik satış planlarını hazırlamaq, nəticələri təhlil edərək rəhbərliyə hesabat təqdim etmək;
- Satış komandasının (pərakəndə və topdan) fəaliyyətini koordinasiya, motivasiya və inkişaf etdirmək;
- Satış proseslərinin şirkətin siyasətinə, qiymət strategiyasına və brend standartlarına uyğunluğunu təmin etmək;
- Satış göstəricilərinə dair həftəlik və aylıq performans hesabatları hazırlamaq.
Pərakəndə satış istiqamətində
- Mağazalarda satış planlarının icrasına nəzarət etmək;
- Mağaza menecerləri və satış məsləhətçilərinin fəaliyyətini idarə etmək və qiymətləndirmək;
- Satış nöqtələrində xidmət keyfiyyətini, məhsul təqdimatını və brend görünüşünü təmin etmək;
- Kampaniya və endirimlərin düzgün və vaxtında icrasına nəzarət etmək;
- Müştəri məmnuniyyətini və təkrarlanan satışların payını artırmaq.
Topdan satış istiqamətində
- Topdan müştəri bazasının genişləndirilməsi və yeni tərəfdaşların cəlb olunması;
- Mövcud müştərilərlə uzunmüddətli münasibətlərin qorunması və dövriyyənin artırılması;
- Qiymət təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və icrasına nəzarət etmək;
- Təhvil, logistika və ödəniş proseslərinin vaxtında və düzgün icrasını təmin etmək;
- Rəqib şirkətlərin topdan satış siyasətini və bazar tendensiyalarını təhlil etmək;
- Yeni məhsulların topdan satış kanalı üzrə bazara təqdimatını təşkil etmək.
Tələblər
- Ali təhsil (biznes, marketinq və ya iqtisadiyyat sahəsində üstünlük verilir);
- Satış və idarəetmə sahəsində minimum 5 illik təcrübə, o cümlədən ən az 2 il rəhbər vəzifədə iş təcrübəsi;
- Topdan və pərakəndə satış prinsipləri üzrə dərin bilik;
- Güclü analitik və strateji düşüncə qabiliyyəti;
- Danışıqlar aparmaq və komandaya liderlik etmək bacarığı;
- MS Office və ERP proqramlarında işləmə bacarığı;
- Yüksək məsuliyyət, çeviklik və nəticəyönümlü yanaşma.
Müraciət üçün CV-nizi, [email protected] emailinə göndərə bilərsiniz.