Şirkət Haqqında:
Biz, HR sahəsində peşəkar konsaltinq xidmətləri təqdim edən şirkətik. Şirkətimiz müştərilərinə insan resursları sahəsində effektiv həllər təklif edərək onların uğurlarına dəstək olur.
Vəzifə Təsviri:
İşiniz, müxtəlif sektorlardakı şirkətlərə HR xidmətlərimizi tanıtmaq və təqdim etmək, müştəri ehtiyaclarını analiz edərək onlara uyğun həllər təklif etməkdən ibarət olacaq. Satış prosesinin idarə edilməsi, yeni müştərilərlə əlaqələrin qurulması və mövcud müştərilərlə əlaqələrin gücləndirilməsi əsas məsuliyyətlərinizdən olacaq.
Tələb olunan Bacarıqlar və Təcrübə:
- Satış və ya müştəri əlaqələri sahəsində təcrübə;
- Yaxşı ünsiyyət və təqdimat bacarıqları;
- Satış strateqiyalarını inkişaf etdirmək və icra etmək bacarığı;
- Komanda ilə işləmək və müstəqil qərarlar vermək bacarığı;
- HR sahəsində təcrübə üstünlük veriləcək, amma vacib deyil;
- İngilis dilini yaxşı səviyyədə bilmək (üstünlük veriləcək).
Əgər satış bacarıqlarınızı HR sahəsində tətbiq edərək yeni bir karyera imkanı axtarırsınızsa, CV-nizi, əmək haqqı gözləntinizi qeyd edərək, [email protected] email ünvanına göndərin.