[email protected]
Satınalma üzrə Mütəxəssis

Qafqaz bölgəsində ən böyük energetika tikinti, dizayn və mühəndislik şirkətlərindən biri təcrübəli Satınalma mütəxəssisi axtarıır.

Vəzifə öhdəlikləri:

-        Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;

-        Daxili və xarici bazarların araşdırılması. Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmalar haqqında  ətraflı məlumat əldə edilməsi;

-        Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;

-        Yerli və xarici Satınalmalar üzrə sənədləşmə işlərinin aparılması;

-        Yeni alışların təsdiq olunması üçün bir neçə məhsul nümunəsinin təqdim edilməsi;

-        Etibarlı satıcı və təchizatçı bazasının inkişaf etdirilməsi;

-        Bazar tendensiyaları, rəqib strategiyaları və bazar tədarükçülərinin izlənilməsi;

-        Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanılması.

Tələblər: 

-         İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi üzrə təhsil

-         Azərbaycan, İngilis (C1) və Rus dili biliyi

-         Microsoft Office (Word, Excel, Outlook) 

-         Satınalma sahəsində minimum 3-4 il iş təcrübəsi

-         Əla danışıq aparma, kommunikasiya bacarığı

-         Dinamik bir mühitdə effektiv işləmə bacarığı

İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00

Əmək haqqı: 1500-2000 azn

Müraciət üçün CV-nizi, vakansiyanın adını qeyd etməklə, [email protected] email ünvanına göndərə bilərsiniz.

 

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.