[email protected]
Kompüter avadanlıqlarının satın alınması üzrə Mütəxəssis


Əsas vəzifə öhdəlikləri:
• Kompüter avadanlıqlarının və aksesuarlarının satın alınması;
• Satış departamentindən sifarişlərin qəbulu və emal edilməsi;
• Mövcud təchizatçılara sifarişlərin verilməsi və malların hərəkətinə nəzarət edilməsi;
• Mümkün endirimlər, xüsusi qiymət təklifləri üçün mövcud təchizatçılarla kommunikasiya;
• Yeni təchizatçıların axtarışı və danışıqların aparılması;
• Davamlı bazar araşdırması;
• Ən sərfəli qiymət təkliflərinin müəyyən edilməsi;
• Müvafiq sənədləşmələrin (müqavilələr, fakturalar və s.) aparılması və yoxlanılması;
• Təchizatçıların tranzit və ödənişlərinə nəzarət edilməsi;
• Logistika: müştərilərin seçimlərindən, məhsulun mövcudluğundan və sürücünün iş yükündən asılı olaraq çatdırılmaların paylanması;
• Tamamlanmış təhvillərin gündəlik uçotu;
• Daxili istifadə üçün malların satın alınması.

Əsas tələblər:
• Biznes, iqtisadiyyat, təchizat, logistika və digər uyğun sahələr üzrə bakalavr təhsili;
• Oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
• Kompüter avadanlıqlarının satın alınması sahəsində təcrübə;
• Kompüter texnologiyaları sahəsində biliklər (məhsul, bazar, onun xüsusiyyətləri və təchizatçıları və s.);
• Satınalma prosesləri, logistika və məhsul paylanması haqqında biliklər;
• Xarici dil biliyi: ingilis dili B2, rus dili C1.

İş qrafiki: Bazar ertəsi - Cümə, 10:00-dan 19:00-dək.
Əmək haqqı: 2000 azn + bonus

Müraciət üçün: [email protected]

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.