Bakı və Sumqayıt filiallarında yüksək keyfiyyətli xidmət və restoranların səmərəli fəaliyyətini təmin edəcək Restoran Direktoru axtarılır. Bu rol restoran idarəçiliyi üzrə geniş təcrübəyə malik, liderlik bacarıqları yüksək olan, həm maliyyə, həm də əməliyyat aspektlərində güclü peşəkarlar üçün nəzərdə tutulub.
Tələblər:
• Müvafiq sahədə 3-4 il təcrübə (fastfood restoranında olması arzuolunandır)
• Yüksək səviyyədə ünsiyyət, idarəetmə və problem həll etmə bacarığı
• Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli
• Maliyyə və büdcə ilə işləməyin təcrübəsi
• Qida təhlükəsizliyi və gigiyena standartları üzrə dərin biliklər və ya sertifikat
• Fərqli növbələrdə işləmək bacarığı
• Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq
Vəzifələr:
Vəzifə öhdəlikləri:
- Restoranın ümumi performansını izləmək, təhlil etmək və davamlı təkmilləşdirmələr tətbiq etmək;
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək və müştərilərə göndərilmə prosesinə nəzarət etmək;
- Restoran heyətini effektiv şəkildə idarə etmək, təlimlər təşkil etmək və işçilərin peşəkar inkişafını dəstəkləmək;
- Restoranın müvafiq iş rejiminə uyğun olaraq vaxtında açılıb-bağlanmasını təmin etmək;
- Müştəri sifarişlərinin hazırlanmasının düzgünlüyünü və vaxtında çatdırılmasını nəzarətdə saxlamaq;
- Müştəri rəylərini izləmək, yaranan problemləri həll etmək və onların məmnuniyyətini təmin etmək;
- Restoranın satış planının icrasına nəzarət etmək və hədəflərə çatmaq üçün təşəbbüslər göstərmək;
- Xərcləri səmərəli şəkildə idarə etmək və restoranın maliyyə performansını optimallaşdırmaq;
- Restoranın texniki və təmir işlərini idarə etmək, sanitariya və təhlükəsizlik standartlarının riayət olunmasını təmin etmək;
- SOP və daxili prosedurların dəqiq icrasını təmin etmək;
- Komanda üzvlərinə müxtəlif vəzifələrdə dəstək göstərmək və əməkdaşlıq mədəniyyətini təşviq etmək.
İş şəraiti:
6 günlük iş rejimi
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı 1000-1300 + KPI əsaslı bonus
Müraciət etmək üçün CV-nizi [email protected] elektron poçt ünvanına göndərin.