[email protected]
Məhsul Sahibi (Product Owner)

Vəzifə öhdəlikləri:

·       İstifadəçilər və texnologiyalar haqqında ətraflı biliyə əsaslanaraq məhsulun texniki həyat dövrünə rəhbərlik etmək.

·       Məhsulun xüsusiyyətlərini və funksionallığını təmin etmək üçün proqramlaşdırma komandası tərəfindən həyata keçiriləcək işi təyin etmək, prioritetləşdirmək və qiymətləndirmək.

·       Biznes dəyərinə uyğun olaraq məhsul bekloqunu formalaşdırmaq üçün analitika, dizayn, proqramlaşdırma da daxil olmaqla, çarpaz funksiyalı komandalar və maraqlı tərəflərlə işləmək.

·       Məhsulun yol xəritəsindəki xüsusiyyətləri istifadəçi hekayələrinə çevirərək proqramlaşdırma komandasının məhsulu qavramasına yardımçı olmaq.

·       Məhsul bekloqunu idarə etmək, sprint planlamanı həyata keçirmək və proqram təminatındakı defektlərin aradan qaldırılmasını təmin etmək.

·       Maraqlı tərəflərin tələblərini balanslaşdıraraq, təyin edilmiş məhsullar üçün sprint planlamasını prioritetləşdirmək.

·       Agile mühitdə işləyərək, davamlı daxil olan biznes ehtiyaclarını nəzərdən keçirmək, məhsulun yaradılması üçün prioritetləri dəqiqləşdirmək, mərhələləri və nəticələrini təsvir etmək, imkanları və riskləri müəyyənləşdirmək.

·       Məhsulun müştəriyə vaxtında çatdırılmasını təmin etmək üçün layihə menecerlərinə, maraqlı tərəflərə hesabat vermək.

·       İşin həcminə və resurs tələblərinə əsaslanaraq büdcələrin hazırlanmasını dəstəkləmək.

·       Tətbiqin təhvil verildikdən sonra təkmilləşdirmələrini və istəniləcək yeni funksionallıqlarını nəzərdən keçirib icrasını planlamaq, yaranan texniki problemlərlə bağlı mütəmadı xəbərdalıqlar etmək.

Tələblər:

·       İnformasiya Texnologiyaları, kompüter mühəndisliyi və İT biznes hasələri üzrə bakalavr dərəcəsi.

·        Proqram təminatı layihələrində Məhsul Sahibi, Biznes Analitik və ya bənzəri vəzifələrdə 3+ illik təcrübə. PSPO, CSPO, CSM kimi sertifikatlara sahib olmaq. 

·        Sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür.

·       Əsas Domen biliklərinə sahib olmaq.

·       SDLC bilikləri.

·       MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri.

·       Baza SQL bilikləri üstünlükdür. 

·       Proqram təminatını və onun inkişafı metodologiyası üzrə dərin biliklər.

·       Dizayn keyfiyyət standartlarını başa düşmək.

·       İstifadəçi mərkəzli dizayn prinsipləri haqqında mükəmməl biliklərə sahib olmaq.

·       Azərbaycan dili səlis, rus və ingilis dili (yazı və oxuma) yaxşı səviyyədə.

·       Komandada işləmə bacarığı. 

·       Təhlil etmək və problem həll etmək bacarığı.

·       Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq.

·       Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları.

Müraciət üçün CV-nizi, vakansiyanın adını və əmək haqqı gözləntinizi qeyd edərək, [email protected] emailinə göndərə bilərsiniz. 

 

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.