[email protected]
Müqavilələr üzrə Mütəxəssis

Əsas vəzifələr:

  • Müqavilə şərtlərinin müzakirəsində iştirak etmək;
  • Müqavilələrə əlavə və dəyişikliklərin hazırlanması;
  • Razılaşdırılmış şərtlərin icrasına nəzarət etmək;
  • Müqavilə icrası zamanı yaranan problemləri analiz etmək və uyğun tədbirlər görmək;
  • Müqavilələrlə bağlı yazışmaları aparmaq, mübahisəli məsələləri qiymətləndirmək və həll yolları təklif etmək;
  • Müqavilələrin elektron qeydiyyatını və arxivləşdirilməsini təşkil etmək (reyestr və s.);
  • Müqavilələrlə bağlı texniki və kargüzarlıq işlərini yerinə yetirmək;
  • Elektron müqavilə reyestr sistemini mütəmadi olaraq yoxlamaq və yeniləmək.

Tələb olunan bacarıqlar:

  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Effektiv şifahi və yazılı ünsiyyət bacarığı;
  • Tapşırıqlara çevik yanaşma və operativ qərarvermə bacarığı;
  • Komandada işləmək və əməkdaşlıq etmək bacarığı;
  • Vaxtın düzgün idarə olunması və prioritetlərin müəyyən edilməsi.

Namizəddən gözləntilər:

  • Ali təhsil;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, Outlook, PowerPoint);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus və ingilis dillərini isə yaxşı səviyyədə istifadə edə bilmək;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

Əmək haqqı: 1000-1500 azn

Müraciət üçün CV-nizi [email protected] emailinə göndərə bilərsiniz.


Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.