[email protected]
Muhasib

Mühasib 

Tələblər: 

·     Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində bakalavr təhsili

·     Müvafiq sahə üzrə 3 il təcrübə;

·     MS office və 1C 8.3 proqramı biliyi;

·     Vergi Məcəlləsi üzrə biliklər.

·     Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;

·     Tikinti və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.  

Vəzifə öhdəlikləri:

·     İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;

·     Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edilməsi;

·     Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;

·     E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;

·     Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;

·     Debitor və kreditorlara nəzarət edilməsi;

İş qrafiki:

·        Həftə içi 5 gün saat 09:00-18:00,

·        Nahar şirkət tərəfindən verilir,

·        Korporativ nömrə (korporativ paket),

·        Əməkhaqqı: 1200-1500 AZN 

Ünvan: Bakı şəh, Dərnəgül şossesi 

Müraciət üçün CV-nizi [email protected] emailinə göndərə bilərsiniz. 

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.