Vəzifə öhdəlikləri:
· Proqram təminatının inkaşfı üçün proqramçı, analitik və layihə rəhbərləri ilə işlənilməsi
· Müştəri tərəfinin arxitekturasının hazırlanması
· Veb səhifənin ön hissəsinin verilən dizayna uyğun hazırlanması, müxtəlif ekran ölçülərində test olunması və fərqli cihazlarda düzgün işləməsinin yoxlanılması
· Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatının təkmilləşdirilməsi
· Məlumatların təhlükəsizliyinin təmin olunması üçün konfiqurasiyaların hazırlanması
· Texniki sənədlərin hazırlanması
Tələblər:
· Kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
· 3-5 illik davamlı peşəkar təcrübə
· JavaScript, CSS3, HTML5 və React Js, Angular, jQuery, LESS kimi üçüncü tərəf kitabxanaları daxil olmaqla qabaqcıl texnologiyalar üzrə təcrübə
· Kodlaşdırma standartları, kodun nəzərdən keçirilməsi, mənbəyə nəzarətin idarə edilməsi üzrə biliklər
· Dizayn nümunələri, alqoritmlər, proqramlaşdırma paradiqmaları üzrə biliklər
· İnsan Mərkəzli Dizayn prosesi ilə bağlı təcrübə
· Təhlil etmək və problem həll etmək bacarığı
· Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşma
· Komandada işləmək bacarığı
Müraciət üçün CV-nizi, əmək haqqı gözləntinizi qeyd edərək, [email protected] emailinə göndərə bilərsiniz.