[email protected]
Korporativ Satış Şöbəsinin Rəhbəri

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ satış bazarında araşdırmalar aparmaq və nəticələri təhlil etmək;
  • Şirkətin korporativ satış strategiyasını hazırlamaq və həyata keçirmək;
  • İnternet və media kanalları vasitəsilə potensial müştəri və tender axtarışını təşkil etmək;
  • Yeni korporativ müştəriləri cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı inkişaf etdirmək;
  • Qiymət təklifləri və kommersiya təkliflərinin hazırlanmasına rəhbərlik etmək;
  • Müştəri məmnuniyyətini və loyallığını artırmaq üzrə tədbirlər görmək;
  • Satış komandasını idarə etmək, motivasiya etmək və inkişaf etdirmək.

Tələblər:

  • Korporativ satış sahəsində iş təcrübəsi;
  • Distribusiya şirkətlərində iş təcrübəsi üstünlükdür;
  • Öz müştəri bazasının mövcudluğu üstünlükdür;
  • Yüksək ünsiyyət, təqdim etmə bacarığı;
  • Komanda idarəetmə və təşkilatçılıq bacarığı;
  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis və Rus dili arzu olunandır.

Təklif edilən şərait:

  • Rəqabətədavamlı fiks əmək haqqı və bonus sistemi;
  • Nahar ilə təminat;
  • Peşəkar inkişaf və komanda ilə əməkdaşlıq imkanı.

Müraciət üçün CV-nizi, [email protected] emailinə göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.