Vəzifə Öhdəlikləri
· Həllərin təhlükəsizlik və mühəndislik aspektlərindən dərindən öyrənilməsi, müştərilərin ehtiyaclarına uyğun ən yaxşı həllərin hazırlanması.
· Müştərilərin tələblərinə uyğun olaraq həllərin tətbiqi və inteqrasiyası.
· Şirkətin məhsul portfelinə daxil olan təhlükəsizlik həllərinin tətbiqi, idarə olunması və saxlanılması üzrə praktiki təcrübə.
· İdarə olunan təhlükəsizlik həlləri sahəsində informasiya texnologiyaları və təhlükəsizlik üzrə sənaye standartlarına uyğun ən yaxşı təcrübələrin təmini.
· Sistem və ya həllərdə baş verən xətaların həlli üçün texniki dəstək.
· Müştərilərə təklif olunan təhlükəsizlik həlləri üçün texniki sübut konseptlərinin(PoC) işlənməsi və həyata keçirilməsi.
Tələblər
· Kompüter elmləri və ya əlaqəli texniki sahələr üzrə bakalavr dərəcəsi.
· Əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi.
· Router/switch-lərin, UNIX/Linux və Windows əməliyyat sistemlərinin qurulması, konfiqurasiyası və idarə edilməsi üzrə təcrübə.
· NGFW, WAF, PAM, DLP, Endpoint Security kimi təhlükəsizlik texnologiyaları ilə tanışlıq (üstünlükdür).
· Problemləri analitik və yaradıcı şəkildə həll etmək bacarığı.
· Şəbəkə üzrə biliklər: L2 switch memarlığı (Spanning Tree daxil olmaqla), IP yönləndirmə (OSPF və BGP), L4 yük balanslaşdırma.
· Müasir təhdidlər və zərərli proqramlar, şəbəkə forensikası, avtomatlaşdırma alətləri və endpoint təhlükəsizlik texnologiyaları üzrə təcrübə və biliklər.
Sertifikatlar: Sənayedə tanınan Palo Alto Networks,Fortinet,CyberArk, IBM Security, və s. üzrə digər kiber təhlükəsizlik lider vendorların beynəlxalq tanınmış sertifikatlar arzuolunandır.
Dil Bilikləri:
Azərbaycan dili (tələb olunur).
İngilis dili (tələb olunur).
Müraciət üçün cv-nizi [email protected] emailinə göndərə bilərsiniz.