[email protected]
Hüquqşünas

İşçinin əmək funksiyaları:
• Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
• Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması;
• Cəmiyyətin digər struktur bölmələrinə aidiyyəti fəaliyyət istiqamətləri üzrə hüquqi tövsiyələr verilməsi;
• Cəmiyyətin təsis və qeydiyyat sənədlərinə dəyişikliyin edilməsi ilə əlaqədar müvafiq sənəd layihələrinin hazırlanması;
• Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
• Notariat və ASAN Xidmətdə həyata keçirilən əməliyyatlarda iştirak;
• Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi nəzarətin həyata keçirilməsi;
• Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
• Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
• Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;

Tələblər:

• Hüquq üzrə ali təhsil

• Təcrübə: 2 ildən artıq

• Azərbaycan dili və rus dili 
• Analitik düşünmə və problemləri həll etmə bacarığı

• Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti
• Azərbaycan Respublikasının Qanunvericiliyi bilməli
• E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı

İş barədə məlumat:

• Şirkət nəqliyyat vasitələrinin satışı ilə məşğuldur
• İş qrafiki həftə içi 5 gün; 09:00-18:00
• İş yeri: Bakı ş. Heydər Əliyev Prospekti, 191

• Əmək haqqı 1500-2000 azn


Müraciət üçün CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.


Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.