İş yeri: Bakı, Azərbaycan
Vəzifənin məqsədi:
Şirkətin onlayn satış fəaliyyətini strateji şəkildə idarə etmək, satış həcmini artırmaq və müştəri məmnuniyyətini təmin etmək.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin onlayn satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Veb-sayt və marketpleys hesablarının idarə olunması;
- Məhsul kataloqunun vaxtında yenilənməsi və optimallaşdırılması;
- Rəqəmsal marketinq kampaniyalarının (SEO, SMM, Google Ads, e-mail marketing) təşkili və idarə olunması;
- Endirim və promosyon proqramlarının hazırlanması və icrasının təmin edilməsi;
- Müştəri sorğuları və şikayətlərinin vaxtında və səmərəli həlli;
- Satış, trafik və dönüşüm göstəricilərinə dair hesabatların hazırlanması;
- Sifarişlərin qəbulu, logistika və ödəniş proseslərinin düzgün işləməsinə nəzarət;
- E-kommersiya komandasının idarə olunması və inkişafının təmin edilməsi.
Tələblər:
- Ali təhsil (Marketinq, Biznes, İqtisadiyyat və ya İT sahəsində üstünlük);
- E-kommersiya və ya rəqəmsal satış sahəsində minimum 2–3 il iş təcrübəsi;
- SEO, Google Ads, SMM və analitika alətləri üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Analitik düşüncə və nəticəyə yönümlülük;
- Yüksək ünsiyyət və komanda idarəetmə bacarığı;
- Azərbaycan dili (sərbəst), Rus və İngilis dili bilikləri üstünlükdür.
Təklif edilən şərait:
- Fiks əmək haqqı və bonus sistemi;
- Nahar ilə təminat;
- Peşəkar inkişaf və komanda ilə əməkdaşlıq imkanı.
Müraciət üçün CV-nizi, [email protected] emailinə göndərə bilərsiniz.