[email protected]
Çağrı Mərkəzinin Rəhbəri

Vəzifə öhdəlikləri:

- Çağrı Mərkəzi bölməsinin gündəlik əməliyyatlarını idarə etmək və səmərəli şəkildə təşkil etmək.

- Müştəri zənglərinin peşəkar və nəzakətli şəkildə qəbul olunmasına və sifarişlərin düzgün şəkildə yerinə yetirilməsinə nəzarət etmək.

- Çağrı Mərkəzi heyətinin bilik və bacarığının inkişaf etdirilməsi üçün təlim proqramlarını hazırlamaq və həyata keçirmək.

- Təqdim edilmiş maliyyə və əməliyyat hədəflərinə çatmaq üçün işin təşkili və nəzarət.

- WhatsApp və onlayn platformalar üzərindən sifarişlərin qəbul edilməsinə nəzarət.

- Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsinə nəzarət.

- Müştəri məmnuniyyətini təmin etmək üçün yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək.

-Müştərilərə məhsul, endirim, aksiya və yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsini təmin etmək.

- Zəruri olduğu halda zəng vasitəsilə sorğuları icra etmək.

- Çağrı Mərkəzinin performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək.

- SOP-ların (Standard Operating Procedures) yerinə yetirilməsini təmin etmək və onları təkmilləşdirmək.

- Bölmənin işini və işçilərin performansını ölçmək, analitik işlər aparmaq və müxtəlif hesabatlarla işləmək.

Tələblər:

- Müştəri xidməti və zəng mərkəzi idarəçiliyi sahəsində təcrübə.

- Yüksək səviyyədə ünsiyyət və rəhbərlik bacarıqları.

- Problem həll etmə və münaqişə idarəetmə bacarıqları.

- Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı.

- Dinamik və sürətli iş mühitində işləmək bacarığı.

- Fərqli növbələrdə işləmək bacarığı.

İş şəraiti:

- İş qrafiki 6 günlük

- Nahar üçün aylıq ödəniş

- Əmək haqqı: 1000-1400 azn

Müraciət üçün CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.