Vəzifə öhdəlikləri:
· Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı.
· Biznes ehtiyaclarının/tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün olan spesifikasiyaları nəzərdən keçirilməsi/formalaşdırılması.
· Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS/FRS, istifadə nümunəsi/istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması.
· Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələblərin funksional tələblərə çevrilməsi və sadələşdirilməsi.
· Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işlənilməsi.
· Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması.
· Həllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsinin təmin edilməsi.
· Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları.
· Dəyişikliklərin idarə edilməsi/təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işlənilməsi.
Tələblər:
- İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Maliyyə üzrə bakalavr dərəcəsi
- Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi 3+ illik təcrübə
- Sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür
- İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi
- Maraqlı tərəflərin səmərəli cəlb edilməsi
- Güclü analitik və problem həll etmə bacarıqları
- Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri
- Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı
- Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları
- MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri
- Baza SQL bilikləri
- Balsamiq və ya hər hansı bir ilkin dizayn/qaralama alətləri
- Azərbaycan dili səlis, rus və ingilis dili (yazı və oxuma) yaxşı səviyyədə
Müraciət üçün CV-nizi, vakansiyanın adını və əmək haqqı gözləntinizi qeyd edərək, [email protected] emailinə göndərə bilərsiniz.