[email protected]
B2B Satış Mütəxəssisi

Kreativ və innovativ yanaşma ilə veb dizayn və proqramlaşdırma həlləri təqdim edən peşəkar komandaya Korporativ Satış üzrə Mütəxəssis tələb olunur. 

Şirkətin fəaliyyət istiqaməti: Veb sayt və mobil tətbiqlərin hazırlanması, daxili idarəetmə sistemlərinin qurulması, qrafik və veb dizayn, SEO optimizasiyası, veb hosting və təhlükəsizlik xidmətləri, korporativ SMS və e-poçt xidmətləri 

Tələblər:

  • Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Müştəri yönümlü və nəticəyə fokuslanmış iş prinsipi
  • Fikirlərini aydın və inandırıcı şəkildə ifadəetmə bacarığı
  • Komanda ilə işləmək və təşəbbüskar olmaq

Vəzifələr:

  • Şirkətin məhsul və xidmətlərini tanıtmaq məqsədi ilə mövcud və potensial müştərilərlə birbaşa görüşlər keçirmək
  • Yeni müştəri bazası qurmaq və mütəmadi genişləndirmək
  • Korporativ satış strategiyasını həyata keçirmək və satış planlarını icra etmək
  • Müştərilərlə uzunmüddətli və etibarlı əməkdaşlıq əlaqələri qurmaq

Şərtlər:

  • İş qrafiki: Həftə içi 5 gün, saat 10:00–18:00
  • Əmək haqqı: 600–1000 AZN + satışdan bonus
  • Yol xərcləri və nahar şirkət tərəfindən qarşılanır

Müraciət üçün CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.