Vəzifə öhdəlikləri
- Proqram təminatının inkişafı prosesində proqramçılar, analitiklər və layihə rəhbərləri ilə əməkdaşlıq etmək
- Klient tərəfinin (frontend) arxitekturasını hazırlamaq
- Veb səhifələrin verilən dizayna uyğun hazırlanmasını təmin etmək, müxtəlif ekran ölçülərində test etmək və fərqli cihazlarda düzgün işləməsini yoxlamaq
- Mövcud problemləri analiz etmək, xətaları aradan qaldırmaq və proqram təminatını təkmilləşdirmək
- Məlumatların təhlükəsizliyini təmin etmək üçün konfiqurasiyaları hazırlamaq
- Texniki sənədlərin hazırlanmasında iştirak etmək
Davranış bacarıqları
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Çevik yanaşma və yeni vəziyyətlərə tez uyğunlaşma
- Komandada effektiv əməkdaşlıq bacarığı
Tələblər
- Proqram mühəndisliyi və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi
- 4+ il JavaScript (ES6+) təcrübəsi
- 3+ il React və Next.js təcrübəsi
- 3+ il Redux Toolkit / RTK Query ilə iş təcrübəsi
- UI kitabxanaları üzrə təcrübə: Ant Design, Material UI, Radix UI
- HTML5, CSS/SCSS və adaptiv (responsive) dizayn bilikləri
- Güclü alqoritmik düşüncə və təmiz kod yazmaq bacarığı
- Texniki ingilis dili (oxuma / danışıq səviyyəsində)
- Araşdırma yönümlü düşüncə və komanda ilə işləmək bacarığı
Üstünlük hesab olunur
- Node.js backend bilikləri
- TypeScript, Docker və bulud (cloud) xidmətləri üzrə təcrübə
Əmək haqqı: 2500 - 4500 AZN
📩 Müraciət üçün:
CV-nizi vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərin.
Mövzu hissəsində “Aparıcı Frontend Proqramçı” yazmağınız xahiş olunur.