[email protected]
Senior Backend Developer (C#) | Full-time, Office-based

Vəzifə öhdəlikləri

  • Proqram təminatının inkişafı prosesində proqramçılar, analitiklər və layihə rəhbərləri ilə əməkdaşlıq etmək
  • Hazırlanan proqram təminatının texniki və funksional tələblərə uyğunluğunu təmin etmək
  • Mövcud sistemlərdə yaranan problemləri analiz etmək və optimallaşdırmaq
  • Məlumat təhlükəsizliyini təmin etmək üçün konfiqurasiya və nəzarət mexanizmləri hazırlamaq
  • Kod keyfiyyətinə nəzarət etmək, “code review” proseslərində iştirak etmək
  • Yeni texnologiyaları araşdırmaq və tətbiqi ilə bağlı təşəbbüslər göstərmək
  • Texniki sənədlərin hazırlanmasında iştirak etmək

Davranış bacarıqları

  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Çevik yanaşma və yeni vəziyyətlərə adaptasiya olunma qabiliyyəti
  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı

Tələblər

  • Kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • C# (.NET Core / .NET Framework) ilə backend proqramlaşdırmada minimum 5 illik təcrübə
  • PostgreSQL, SQL Server, MongoDB və Redis verilənlər bazaları ilə işləmə bacarığı
  • OOP, Design Patterns və Design Principles üzrə dərin biliklər
  • REST API-lərin hazırlanması və digər sistemlərlə inteqrasiyada təcrübə
  • TDD və BDD yanaşmaları üzrə praktiki təcrübə (NUnit, xUnit və s.)
  • CI/CD, Docker və Kubernetes mühitlərində iş təcrübəsi
  • RabbitMQ, Kafka və ya digər message queue sistemləri ilə asinxron işləmə bacarığı
  • Təhlükəsiz identifikasiya və avtorizasiya üzrə biliklər (JWT, OAuth2, OpenID Connect)

Üstünlük hesab olunur

  • gRPC və ya SignalR ilə real-time sistemlərin hazırlanması təcrübəsi
  • Clean Architecture və ya Hexagonal Architecture ilə işləmə bacarığı
  • Monitoring və performans izləmə alətləri (Application Insights, Prometheus, Grafana və s.) üzrə biliklər

Əmək haqqı: 4000 - 6000 AZN

📩 Müraciət üçün:
CV-nizi vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərin.
Mövzu hissəsində “Senior Backend Developer (C#)” yazmağınız xahiş olunur.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.