[email protected]
Sahə Rəisi

Vəzifə öhdəlikləri:
- Şirkət strategiyasına uyğun olaraq sahənin idarə olunması və inkişaf etdirilməsi;
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsi;
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə və digər normativ sənədlərə uyğun təşkil edilməsi;
- İnşaat maşınları, nəqliyyat, mexanizasiya vasitələri, materiallar, detallar, alətlər üçün sifarişlər verilməsi və onların səmərəli istifadəsinin təmin edilməsi;
- Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət, ustalara, icrası nəzərdə tutulan tapşırıqların verilməsi və icrasına nəzarət;

Tələblər:
Ali təhsil
Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 3 illik təcrübə
Komputer bilikləri: Autocad; Microsoft Office;
Tikinti norma və qaydalarını, dövlət standartı və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnoloji nailiyyətləri bilmək
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək
Regionlara ezamiyyətə getmək imkanı

İş şəraiti:
Həftədə 6 gün
Nahar şirkət tərəfindən verilir
Korporativ nömrə

Əmək haqqı:  2000 AZN

Müraciət üçün CV-nizi [email protected] emailinə göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.