Vəzifə öhdəlikləri
- Kibertəhlükəsizlik məhsulları və xidmətlərinin texniki aspektlərini başa düşmək və onların əhəmiyyətini potensial müştərilərə effektiv şəkildə çatdırmaq.
- Müştəri tələblərini müəyyən etmək və texniki həllər təqdim etmək üçün satış komandası ilə yaxından işləmək və uğurlu satış və gəlir əldə etməkdə dəstək olmaq.
- Kibertəhlükəsizlik məhsulları, xidmətləri və trendlərini davamlı təqib etmək.
- Satış heyəti ilə birlikdə müştərinin ehtiyaclarını müəyyənləşdirmək, texniki müzakirələr aparmaq və müştəriyə uyğun həllərin təqdimatını etmək.
- Hər bir müştərinin unikal tələblərinə cavab verən fərdiləşdirilmiş kibertəhlükəsizlik həlləri hazırlamaq üçün texniki və mühəndis heyəti ilə birlikdə işləmək.
- Təklif Sorğularına (RFPs) və Məlumat Sorğularına (RFI) texniki cavablar hazırlamaq.
- Müştərilərə təklif olunan həlli izahı üçün sxemlər, diaqramlar və digər məlumatları özündə əks etdirən texniki sənədlər (technical proposal) hazırlamaq.
- Təklif olunan kibertəhlükəsizlik həllinin effektivliyini təsdiqləyən pilot layihələrin planlamasında və keçirilməsində dəstək olmaq.
- Şirkətin portfelində olan kibertəhlükəsizlik həllərinin bazarda olan alternativ həllərlə rəqabət analizini aparmaq.
- Satış komandasına və ehtiyac yarandığı halda müştərilərə təklif olunan həll və məhsulları daha yaxşı başa düşmələri üçün təlimlər vermək.
- Təklif olunan kibertəhlükəsizlik həll və xidmətləri haqqında müştərilərin rəylərini öyrənib şirkətə təqdim etməklə şirkət və müştəri arasında körpü rolunu oynamaq.
- Satışın uğurlu olması, müştəridə yarana biləcək narahatlıqları aradan qaldırmaq üçün texniki sualları araşdırıb cavablandırmaq və satış komandası ilə daim birlikdə işləmək
Davranış bacarıqları
- Əməkdaşlıq və effektiv ünsiyyət
- Təqdimat bacarıqları
- Güclü satış bacarığı
- Təhlil etmək və problem həll etmək bacarığı
- Komandada işləmək bacarığı
- Davamlı öyənmə və özünü inkişaf istəyi
Xüsusi tələblər
- Təhsil: Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya müvafiq texniki peşələr sahəsində bakalavr dərəcəsi.
- İş təcrübəsi: Kibertəhlükəsizlik mühəndisi, kibertəhlükəsizlik üzrə məsləhətçi, texniki satış mühəndisi kimi oxşar sahələrdə 3-5 il təcrübəsi olan şəxslərə üstünlük verilir.
- Xarici dillər: Azərbaycan, ingilis (mütləq) və rus (arzuolunandır) dillərində danışmaq və yazmaq.
- Texniki biliklər: Kibertəhlükəsizlik prinsipləri, təcrübələri və texnologiyaları haqqında eləcə də aşağıdakı istiqamətlərdə dərin biliklər:
- Network security
- Endpoint security
- Cloud security
- Identity and access management (IAM)
- Threat detection and prevention
- Encryption and data protection
- Security compliance and regulations
- Zəifliklərin qiymətləndirilməsi, nüfuz testi və təhlükəsizlik təhlili üçün istifadə olunan kibertəhlükəsizlik alətləri və texnologiyaları üzrə bacarıqlar.
- Sertifikat: Aşağıdakı sertifikatları olanlara üstünlük verilir:
- Certified Information Systems Security Professional (CISSP)
- Certified Information Security Manager (CISM)
- Certified Ethical Hacker (CEH)
- Certified Information Systems Auditor (CISA)
- CompTIA Security+
- Dünyanın aparıcı kibertəhlükəsizlik şirkətlərinin verdiyi sertifikatlar (IBM, Cisco, Palo Alto, Check Point, Fortinet, CyberArk və s.).
- Bazarda mövcud olan geniş çeşidli kibertəhlükəsizlik məhsulları, həllər və xidmətlərlə tanışlıq və cari təhdidlər, zəifliklər və sənayenin ən yaxşı təcrübələri daxil olmaqla kibertəhlükəsizlik mühitini dərindən başa düşmək.
Əmək haqqı: 3500-4500 azn
Müraciət üçün email: cv@hrcell.az