HrCell
cv@hrcell.az
İxrac (Export) üzrə satış Mütəxəssisi

Vəzifə öhdəlikləri:

  • Şirkətin strateji hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
  • Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
  • Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
  • İxrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
  • Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
  • İxrac əməliyyatları üzrə müqavilələrin hazırlanması prosesinin şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib edilməsi;
  • İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasının təmin edilməsi;
  • İxrac üzrə satış planının yerinə yetirilməsi;
  • Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
  • Şirkətin yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil edilməsi;
  • İxrac sənədlərinin (sertifikatlar, aktlar və s.) hazırlanması;

Tələblər:

  • Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Dizayn proqlamlarında işləmə bacarığı;
  • Yüksək səviyyədə qərarvermə bacarığı, analitik düşüncə, və təqdim etmə bacarığı;
  • Yalnız və komanda ilə effektiv işləmə bacarığı;
  • SMM və reklam üzrə biliklər arzuolunandır;

İş şərtləri:

  • İş yeri: Port Baku, Mərkəz ofis.
  • İş qrafiki: 5 günlük

əmək haqqı 1000 azn

Müraciət üçün cv-nizi, vakansiyanın adını qeyd etməklə, cv@hrcell.az emailinə göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.