HrCell
[email protected]
Baş Anbardar

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə rəhbər vəzifəsində 3 il iş təcrübəsi;
  • ERP bazasında (1C, SAP və s. kimi) iş təcrübəsi;
  • Fəaliyyəti ilə əlaqədar biznes proseslərin və prosedur qaydalarının tərtib edilməsini bacarmalı;
  • Keyfiyyəti İdarəetmə sistemlərinə nəzarət və beynəlxalq standartların tətbiqi bacarıqları;
  • Effektiv qərarvermə bacarığı;
  • Heyətin motivə edilməsi və idarəedilməsi üzrə bacarıqlar;
  • Sərbəst və komanda ilə effektiv işləmə, güclü ünsiyyət, planlama bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Xammal (gübrə/dərman/ting və s. kimi) və mal-materialların müəssisə daxili prosedur qaydalarına əsasən düzgün qəbulunun, saxlanılmasının və anbarlardan buraxılmasının təmini və nəzarətin həyata keçirilməsi;
  • Anbar sahələrindən səmərəli istifadə, xammal və mal-materialların səmərəli və təhlükəsiz yerləşdirilməsi və qorunmasının təmini və nəzarətin həyata keçirilməsi;
  • Elektron (müəssisədə daxili istifadə edilən ERP bazası üzrə) və fiziki olaraq kağız daşıyıcı üzərindən rəşmiləşdirilmə qaydalarına və mədaxil-saxlama-məxaric sənədlərinin icrasının təmini və düzgün qaydada riayət edilməsinin nəzarətinin həyata keçirilməsi;
  • Yeni xammal və ya mal-materiallar üzrə sistem daxili yeni nomenklaturanın yaradılmasının təmin edilməsi;
  • Anbarlara minimal qalıq miqdarlarının müəyən edilməsi (yenidən sifariş nöqtəsi), minimal anbar qalıqları əsasında anbar qalıqlarının daimi təmini və nəzarətdə saxlanılması;
  • Anbarlarda SƏTƏM üzrə tələblərin riayyət edilməsinin təmini və nəzarətdə saxlanılması. Yanğın təhlükəsizliyi üzrə ləvazimatların və yanğında mühafizə sisteminin olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtı-vaxtında təmir edilməsinə nəzarət edilməsi;
  • Anbarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl edilməklə yükləmə-boşaltma və yerləşdirmə işlərinin aparılmasının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi;
  • Aylıq anbardarlar tərəfindən sayımların aparılmasının və aktlaşdırılmasının təmini və nəzarətin həyata keçirilməsi;
  • Əmtəə-maddi sərvətlərin müəssisə daxili müvafiq əmrə(lərə) əsasən inventarlaşdırılmasının aparılmasında iştirak edilməsi;
  • Bölmə (sahə) işçilərinə rəhbərlik edilməsi, işçilərin səriştəliyinin artırılması ilə bağlı daimi təhlillərin aparılması və inkişaf istiqamətli işlərin təşkil edilməsi,
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar və səmərələşdirici təkliflərin hazırlayıb təqdim edilməsi.

İş şərtləri:

  • Korporativ nömrə və danışıq limiti 
  • Tibbi sığorta (özü və ailə üzvləri üçün)
  • İş yeri: Port Baku biznes mərkəzi
  • İş qrafiki: 5 günlük, 09:00 -18:00

Müraciət üçün CV-nizi, vakansiyanın adını qeyd etməklə, [email protected] email ünvanına göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.