Quraşdırıcı axtarılır.
Vəzifə öhdəlikləri:
Abunəçi ünvanlarında texniki avadanlıqlarla bağlı yaranan (modem/mac və s.) nasazlıqların təyin olunması və həlli;
Texniki sifarişlərin icra olunması;
Texniki problemlərin distant idarə olunması və həlli;
Uyğunsuzluq aşkarlandıqda yerində araşdırmaların aparılması və uyğunsuzluğun aradan qaldırılması;
İş əsasında sərf olunmuş materialların 1C sistemində hesabatının aparılması;
Namizədə verilən tələblər:
Ali təhsil;
Müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
Ünsiyyət qura bilmə bacarığı;
Texniki biliklər;
Namizədin şəxsi avtomobilinin olması üstünlükdür;
İş qrafiki: 6 günlük
İstirahət günü: Bazar günü
Əmək haqqı: 600 azn + Yanacaq və amortizasiya xərci
Müraciət qaydası:
CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını
“Quraşdırıcı (insident)” yazmaqla göndərə bilərsiniz.