Aparıcı təlim-tədris mərkəzlərindən biri üçün Satış və Marketing üzrə Rəhbər axtarırıq.
Vəzifə öhdəlikləri :
- Həm maliyyə qazancına, həm də müştəri məmnuniyyətinə yönəlmiş marketing və satış strategiyası hazırlamaq , tətbiq etmək ;
- Yeni bazarları və müştəri ehtiyaclarını müəyyən etmək üçün araşdırma aparmaq ;
- Yeni və mövcud müştərilərlə əməkdaşlıqları inkişaf etdirmək, potensial müştərilərlə işgüzar görüşlər təşkil etmək ;
- Potensial müştəriləri ilə satış kontraktların bağlanmasını təmin etmək ;
- Satışların, gəlirlərin inkişafı üçün müəyyən yeniliklər etmək ;
- Etibarlı rəy və satış sonrası dəstək təmin etmək ;
- Satış və Marketinq şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək,komandanın inkişafı üçün müəyyən addımlar atmaq.
Tələblər :
- Biznesin idarə edilməsi, satış və ya müvafiq sahədə müvafiq təhsil dərəcəsi.
- Biznesin inkişafı rəhbəri, satış & marketinq rəhbəri kimi 3-5 illik iş təcrübəsi.
- Bazar biliyi, təhsil sektorunu bilmə üstünlükdür
- MS Office və CRM proqramlarında biliyi.
- Səlis ingilis dili biliyi ( rus dili üstünlükdür)
- Vaxtın idarəedilməsi və planlaşdırma bacarığı
- Ünsiyyət və danışıq bacarığı
- Komanda idarə etmək və liderlik bacarıqları
Əməkhaqqı - Təcrübəyə və bilik bacarığa əsasən müəyyənləşdiriləcək.
Uyğun şəxslər cvlərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə cv@hrcell.az mail ünvanına göndərə bilərlər.