HrCell
cv@hrcell.az
Çağrı mərkəzinə operator

Vəzifə öhdəlikləri:

  • şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
  • qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
  • müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
  • müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
  • yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
  • şirkətlə müştəri arasında düzgün  koordinasiya yaratmaq;
  • xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;

Namizədə verilən tələblər:

  • ali təhsil
  • azərbaycan və rus dili
  • nitqi aydın və səlis olmalı
  • fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı 
  • müştərilərlə ünsiyyət qurma bacarığı 
  • məsuliyyətli, səbrli, stressə davamlı olmalı
  • MS Office proqramları

İş qrafiki: növbəli, günaşırı.

Əmək haqqı: 450 AZN

Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına mövzu sahəsində vəzifə adını - Çağrı mərkəzi operatoru yazmaqla göndərə bilərsiniz.

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.