Namizəd üçün tələblər:
- Təhsil: Ali
- Təcrübə: Eyni vəzifədə ən azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Rus dili
İş qrafiki: 5 günlük
Əmək haqqı: İlk 3 ay 600 AZN NET, sonra 800-900 AZN NET
Vəzifə öhdəlikləri:
- Yerli və Xarici ödəniş tapşırıqlarının internet banking üzərindən edilməsi;
- Bank, kassa əməliyyatlarının mədaxilinin və məxaricinin 1C proqramında işlənilməsi;
- Hesab-fakturaların və müqavilələrin hazirlanması, elektron qaimələrin yazılması;
- Yerli alışların işlənilməsi, idxal üzrə əməliyyatların düzgün icra edilməsinin 1C proqramı üzərindən sənədlərlə yoxlanılması;
- Mal-material ehtiyatlarının mədaxil-məxaric edilməsinin, anbar qalığının yoxlanılması;
- Aylıq və gündəlik işləmlərin 1C proqramında işlənilməsi, işlənilmiş digər əməliyyatların yoxlanılması;
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması, üzləşmə aktlarının tərtibi;
- Ayın bağlanması əməliyyatlarına köməklik göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlarının yerinə yetirilməsi.
İş yeri: Babək prospekti
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mühasib” adını qeyd etməklə t.tanriverdieva@askonalife.az emailinə göndərmələri xahiş olunur.