HrCell
[email protected]
Ofis menecer

Öhdəliklər:

  • Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
  • Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
  • E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq 
  • Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
  • Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (Kargüzarlıq işlərini aparmaq)
  • Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək
  • Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə  və düzgün alınmasına nəzarət etmək
  • Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
  • İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;

Tələb:

  • Ali təhsil üstünlükdür
  • Müvafiq sahədə iş təcrübəsi
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı
  • Kollektivdə işləmək bacarığı
  • Dil bilikləri: Azərbaycan dili və rus dili (ingilis dili arzuolunandır)
  • Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook
  • Ofis avadanlıqları ilə işləmək bacarığı
  • Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq

Əmək haqqı – 500-700

Nahar şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə Ofis menecer” qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

 

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.