HrCell
[email protected]

Miqrasiya xidməti

Şirkətinizə əcnəbi və vətəndaşlığı olmayan şəxsi işə dəvət etdiyiniz zaman, sənədləşmə işləri xeyli vaxtınızı apara bilər. Prosedur qaydalarının düzgün yerinə yetirilməsi və sənədlərin tam olması mütləqdir. Çünki xırda bir diqqətsizlik belə şirkətinizi arası kəsilməyən hüquqi proseslərə məhkum edə bilər.  Bu məsələlərlə vaxt itirməməyiniz və həmin zamanı biznesinizin inkişafına ayırmağınız üçün, əcnəbi əməkdaşlarınızın sənədləşmə rəsmiləşdirilmələri tərəfimizdən icra olunmaqdadır. 

Miqrasiya xidmətimizə aşağıdakılar daxildir:

  • Əcnəbi və vətəndaşlığı olmayan şəxsə AR-a viza almaq üçün dəvət məktubunun  hazırlanması (XİN tərəfindən təsdiq olunmuş);
  •  
  • Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə AR-da müvəqqəti yaşamaq üçün icazənin alınması və müddətinin uzadılması;
  •  
  • Əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəmizə gəldikdən sonra onun AR-da olduğu yer üzrə qeydiyyata düşməsinin rəsmiləşdirilməsi;
  •  
  • Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə AR-da əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin alınması və müddətinin uzadılması;
  •  
  • Diplom və ya lazımi sənədlərin notarial qaydada təsdiqlənməsi və tərcümə edilməsi.
Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.