HrCell
[email protected]
04-05-2021

Bacarıqlı işçiləri itirmənin 6 yolu

Şirkətiniz üçün əməkdaş axtarışındasınızsa, heç şüphəsiz bacarıqlı birini axtarırsınız. Niyə bacarıqlı və çalışqan biri sizin üçün qəbul ediləndir? İşlərinizin keyfiyyətli və gəlirli olması üçün bacarıqlı işçilərə ehtiyacınız var. Tutaq ki, bacarıqlı işçini işə aldınız. Qarşınızda iki seçim var. Ya işçinizə dəyər verib, işi sevdirəcəksiniz ya da onu həvəsdən salaraq, itirəcəksiniz. Bu yazıda bacarıqlı işçini itirmənin 6 yolundan danışırıq.

Bol İdarəçi Təyin Edin

Hər birimiz çox gözəl bilirik ki, bir çox şirkətdə ən azından bir bacarıqlı işçi olur. Bəs bu işçini necə bezdirə bilərsiniz? Onun işlərinə birdən çox idarəçi təyin edin. Məsələn, normalda işçiniz 1 nəfərdən təlimat almalıdırsa, bunu 5 nəfər edin. Yalnız öz departamentindən deyil, digər departamentlərdən də təlimat alsın. Bir müddətdən sonra bacarıqlı işçiniz heç kimi məmnun edə bilmədiyini hiss edəcək. Bu da onun həvəsdən düşməsinə və bacarıqsız olduğuna inandıracaq.

Dəyər Verməyin

Əgər bacarıqlı və potensialı olan işçiniz gözəl ilər görürsə ona qətiyyən təşəkkür etməyin. Maaş verirsinizsə, o işi görməlidi. Elə deyil? Çalışqandırsa və özünə güvənirsə, ona dəyər verdiyinizi bildirməyin. Sizin ona dəyər verdiyinizi görərsə, özünü daha da rahat hiss edə bilər. Daima səhvlərini üzə çıxardın. Yaxşı işlərindən az bıhs edin.

Çox işlədin, az maaş verin

İşçinizin bacarıqlı olması haradan baxsan sizdə də etibar yaradır. Etibar yaratdığı üçün ona heç kimə etibar etməyəcəyiniz işləri verin. Bilirsiniz axı, o bu işin üstəsindən gələcək. Ancaq çətin işləri bacarıqlı işçinizə həvalə etməniz onun maaşının artması anlamına gəlmir. Nə qədər çalışsa da, nə qədər bacarıqlı olsa da, nə qədər ona etibar etsəniz də maaşını qaldırmayın.

Kommunikasiya qurmayın

Üz-üzə kommunikasiyadan qaçının. Əgər verəcəyiniz bir iş varsa, email olaraq yazın. Belə olan halda işçiniz bu işi sizinlə müzakirə edə bilməyəcək. Niyə müzakirə etsinki? Nəinki müzakirə, heç sizə etiraz da edə bilməyəcək. Kommunikasiyadan qaçdıqca, bacarıqlı işçinizin işə həvəsi azalacaq.

Fikirlərini dinləməyin

Bacarıqlı və çalışqan işçilər hər zaman yeni fikirlərlə işə gəlirlər. Onları dinlədiyiniz zaman bütün yeni fikirlərini və ideyalarını sizinlə bölüşmək istəyəcək. Bu hal davamlı olaraq təkrarlanacaq. Əgər işçiniz yeni fikirlərlə gəlirsə, bu fikirlərin ondan öncə başqaları tərəfindən deyildiyini və bu ideyaların şirkətə uyğun olmadığını, büdcə çatmadığını və ya digər problemlər olacağını bildirin. Bunlardan sonra bir daha fikirlərini qeyd etməyəcək və standart işçi olacaq.

Həyatları ilə maraqlanmayın

İşiniz düşmədiyi halda işçinizin həyatı barədə maraqlanmayın. Çünki o bir robortdur. Onun işdən əlavə problemləri ola bilməz. Nə vaxt gördünüz ancaq işdən danışın. İmkan verməyin ki, sizinlə səmimi söhbət qursun.

Bax belə sadədir hər şey. Əgər bacarıqlı işçilərinizi həvəsdən salmaq istəyirsinizsə, bu addımları izləyə bilərsiniz. Bilirik, çox sadə görsənir. Çətin olan nədir? Təbii ki, əməkdaşlarınıza dəyər vermək ən çətinidir. 

HR sahəsi ilə bağlı digər yazıları buradan oxuya bilərsiniz.



Digər Bloqlar

Konsultasiya
Göndərildi
Təşəkkür edirik. Mesajınız uğurla göndərildi. Mütəxəssislərimiz tezliklə sizinlə əlaqə saxlayacaq.